Ramil Şeydayevli "Jilina" qalib gəldi

Millimizin futbolçusu Ramil Şeydayev Slovakiya çempionatında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, gənc futbolçu XXIV turun “Jilina” – “Rujomberok” qarşılaşmasında iştirak edib. Hücumçu oyunun 74-cü dəqiqəsində meydana çıxıb. Hesab 2:0 olarkən komanda yoldaşı Mrazı əvəzləyən Ramil daha iki qol görüb. Təmsilçimizin komandası ev oyununda 3 xalı 3 qolla qazanıb – 3:1.

Qeyd edək ki, “Jilina” 22 oyundan sonra 52 xalla 1-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right