"Bavariya"da ciddi itki

"Bavariya"nın futbolçusu Duqlas Kosta Almaniya bundesliqasının 25-ci turunda Münhenqladbax "Borussiya"sı ilə oyunu buraxacaq.

Newsport.az-ın məlumatına görə, buna səbəb onun zədələnməsidir. D.Kostanın yaxın vaxtlarda həkim müşahidəsi altında olacağı bildirilib. 26 yaşlı yarımmüdafiəçinin nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşməyib.

Qeyd edək ki, D.Kosta bu mövsüm "Bavariya"da 27 oyunda 7 qol vurub və 6 qolun ötürməsini verib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right