“Real”ın baş məşqçisi Zinəddin Zidan “Monako”nun 18 yaşlı futbolçusu Kilian Mbappe haqqında açıqlama verib.
Newsport.az-ın məlumatına görə, fransız çalışdırıcı gənc forvard haqqında bu sözləri deyib:
“O “Real”la müqavilə imzalamaq ərəfəsindəydi, lakin “Monako”a akademiyasında qalmağı seçdi. Yaşının az olmasına baxmayaq, çox istedadlı və bacarıqlı futbolçudur”.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm 16 qol vurub.