Avropa Liqasının 1/8 final mərhələsinin dünən keçirilən “Mançester Yunayted” – “Rostov” oyunu zamanı maraqlı hadisə baş verib.
Newsport.az xəbər verir ki, matçın sonlarına yaxın Joze Mourinyo futbolçusu Markos Roxonun açdığını öyrənib. Bu zaman o, təmizlənmiş bananı alaraq texniki zonada məşq edən Eşli Yanqa verib, o isə bunu meydanda olan Markosa ötürüb.

Oyundan sonra keçirilən mətbuat konfransında Mourinyo bu məsələyə toxunaraq deyib:
“İnsan yorulanda orqanizm nəsə tələb edir. Gülməli heç nə yoxdur. Biz futbolçunun fiziki durumunu nəzərə almalıyıq. İngiltərə Premyer Liqasında bizdən üst pillədə olan komandalar daha avrokuboklarda oynamırlar. Ona görə də onlar yorğunluğun nə olduğunu bizim qədər bilə bilməzlər”.