Qvardiolanın karyerasında ilk

Xosep Qvardiola karyerasında ilk dəfə baş məşqçisi olduğu komanda ilə Çempionlar Liqasının 1/4 final mərhələsinə keçə bilməyib.

Newsport.az-ın məlumatına görə, Qvardiolanın “Mançester Siti”si iki oyunun nəticələrinə görə “Monako”ya məğlub olaraq turnirlə vidalaşıb.

Xatırladaq ki, ispaniyalı çalışdırıcı iki dəfə “Barselona” ilə Çempionlar Liqasının qalibi olub. Digər hallarda isə komandalarını yarımfinal mərhələsinədək yüksəldə bilib.

Qeyd edək ki, o, İngiltərə klubundan əvvəl "Bavariya"nı da çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right