"Bavariya" Xabi Alonsonun yoxluğunu onunla unutduracaq

"Bavariya"nın prezidenti Karl Haynz Rummenigge gənc futbolçuları Renato Sançesə güvəndiklərini bildirib.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisinin rəhbəri portuqaliyalı yarımmüdafiəçinin mövsümün sonunda karyerasını başa vuracaq Xabi Alonsonun yerini doldura biləcəyini qeyd edib. "Bild" nəşrinə açıqlama verən Rummenigge Sançesin istedadlı futbolçu olduğunu deyib:

"Planlarımız Renato Sançesin Xabi Alonsonun izi ilə gedəcəyi yönündədi. Renato möhtəşəm bir istedada sahibdi. Sadəcə onun üçün bir az səbrli davranmalıyıq".

Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm "Bavariya"nın heyətində 12 Bundesliqa matçında meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right