Almaniyanın Dortmund şəhərini təmsil edən "Borussiya" futbol klubunun ofis binası içərisində ağ toz olan zərf səbəbindən təxliyə edilib.
Newsport.az-ın məlumatına görə, yerli vaxtla 16:15-də binada naməlum əşyanın olması barədə polisə məlumat daxil olub. Polis binanın 5-ci mərtəbəsində içərisində naməlum tərkibli ağ tozun olduğu zərf aşkar edib. Zərfə toxunduğu ehtimal edilən bir neçə əməkdaş tibbi müayinəyə göndərilib. Saat 17:45-də binanın mühasirəsi aradan qaldırılıb. Polisin məlumatına görə, zərfin içində şəkər tozu olub.
Çərşənbə günü "Borussiya" klubunun "Twitter"dəki hesabı hakerlər tərəfindən dağıdılıb.