Kamranla Eminin komandası darmadağınla qalib gəldi

Portuqaliya Premyer Liqasında 25-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" doğma meydanda "Maritimo"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3 - 0 hesablı qələbəsiylə başa çatıb.

Millimizin üzvlərinin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Bu qələbədən sonra xalını 33-ə çatdıran “Boavişta” 10-cu yerdən 8-ci pilləyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right