Ronaldonun əkiz oğlanları dünyaya gələcək

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo daha iki oğul atası olacaq.

Newsport.az-ın məlumatına görə, portuqaliyalının əkiz övladları dünyaya gələcək. Uşaqları surroqat ana dünyaya gətirəcək. 32 yaşlı surroqat ana ABŞ-ın qərb sahilində yaşayır. Onun adı gizli saxlanılır. Bu barədə məlumatı futbolçunun ailəsinə yaxın şəxslərdən biri verib:

“Ronaldo və onun ailəsi yeni körpələri görmək üçün səbirsizlənirlər. O, şəxsi həyatı ilə bağlı məlumatları gizlətməyə çalışır. Ancaq bu barədə yaxın dostlarına və qohumlarına məlumat verib. Ronaldo istəyirdi ki, onun oğlunun daha bir neçə qardaşı olsun”.

Qeyd edək ki, Ronaldonun 6 yaşında bir oğlu var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right