İspaniya La Liqası: “Atletiko”dan çətin qələbə

İspaniya La Liqasında 27-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, ötən gün daha 4 görüş keçirilib.

“Sevilya” öz meydanında “Leqanes”lə bərabərə qalıb – 1:1. Eyni hesab “Valensiya” – “Sportinq” matçında da qeydə alınıb.

“Atletiko” səfərdə “Qranada”ya qalib gəlib – 1:0. “Malaqa” isə öz meydanında “Alaves”ə uduzub – 1:2.

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah keçiriləcək.


11 mart

İspaniya La Liqası, 27-ci tur

“Valensiya” – “Sportinq” - 1:1
Qol:
 Kop, 60 (0:1), El Haddadi, 85  (1:1)

Sevilya” – “Leqanes” -  1:1
Qol:
 Qabriel, 3 (0:1), Yovetiç, 43 (1:1)

“Malaqa” – “Alaves” - 1:2
Qol:
 Feddal, 39 (0:1), Xuan Karlos, 71 (1:1),Edqar Mendes, 90+1 (1:2)
Qırmızı vərəqə: Feddal, 72 (“Alaves”)

“Qranada” – “Atletiko” - 0:1
Qol:
 Qrizmann, 84.
Qırmızı vərəqə: Vakaso, 90+4 (“Qranada”) 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right