“Arsenal”la müqaviləmin müddətini uzatmaqla bağlı danışıqlarımız olub. Amma hazırda həm mən, həm də klub rəhbərliyi bu mövsümün gedişatını düşünürük”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil deyib. Almaniya millisinin türk əsilli futbolçusu bildirib ki, özünü London klubunda xoşbəxt hiss edir:
“Arsen Venger mənim “Arsenal”a keçməyimin əsas səbəbkarlarındandır. Amma burada gələcək karyeramın məhz ondan asılı olduğunu söyləmək doğru olmaz”.
Xatırladaq ki, Özilin “Arsenal”la müqaviləsi 2018-ci ilin yayında başa çatır.