Millimizin rəqibi Braziliya və İspaniya ilə oynayacaq

Almaniya millisinin iki yoxlama oyunu keçirəcəyi dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparan bundestim İspaniya və Braziliya ilə qarşılaşacaq. İspaniya ilə matç gələn il martın 23-də, Düsseldorfda baş tutacaq.

Almanlar “sambaçılar”la da gələn il üz-üzə gələcək. Dünya çempionları braziliyalıları da doğma meydanda sınağa çəkəcək. Qarşılaşmanın martın 27-də Berlin Olimpiya stadionunda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, hər iki görüş DÇ-2018-ə hazırlıq məqsədilə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right