"Sançesi parçalayacam"

"Arsenal" Federasiya kuboku çərçivəsində "Lincoln Siti"ni qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, aşağı divizion təmsilçisinin müdafiəçisi Bradley Vood qarşılaşmadan öncə maraqlı fikirlər səsləndirib. O, "topçular"ın hücumçusu Aleksis Sançesdən çəkinmədiyini bildirib:

"İkimiz də insanıq. Biz sadəcə, 90 və ya 120 dəqiqə ərzində bir-birimizə qarşı mübarizə aparacaq insanlarıq. Əgər oyun ərzində məni çox qaçırtsa, onu parçalayacam. Bizdən böyük komandaya qarşı oynayacağımızın fərqindəyik. Ancaq biz də böyük ürəyə sahib insanlarıq. "Emirates"ə turist kimi getmirik".

Xatırladaq ki, "Arsenal" - "Linkoln Siti" qarşılaşması bu gün 21:30-da start götürəcək.

Newsport.az-ın məlumatına görə





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right