UEFA "Barselona"nı cərimələyə bilər.
Newsport.az-ın məlumatına görə, Kataloniya klubunun bir qrup azarkeşinin Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab qarşılaşmasından (6:1) sonra meydana daxil olması klubu maddi sanksiya təhlükəsi qarşısında qoyub. Bununla bağlı UEFA araşdırmaya başlayıb.
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi martın 23-də məsələyə baxacaq.