Dmitri Nazarov komandasına qələbə qazandırdı

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.
 
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” öz meydanında “Karlsrue” ilə qarşılaşıb. Oyun “Aue”nin 1:0  hesablı qələbəsi ilə başa çatıb.

Nazarov sabiq komandasına qarşı oyunun start heyətinə meydana çıxıb və sona qədər mübarizə aparıb. Oyunda yeganə qolun müəllifi də millimizin üzvü olub. O, 36-cı dəqiqədə penaltidən fərqlənib.
 
Qeyd edək ki, 24 oyundan sonra hesabında 22 xal olan “Aue” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right