Rakitiç 2021-ci ilə kimi “Barselona”da

İvan Rakitiç “Barselona” ilə yeni müqavilə imzalayacaq. 
Newsport.az-ın məlumatına görə, xorvat yarımmüdafiəçinin sözləşməsi 2021-ci ilə kimi olacaq. Tərəflər artıq müqavilə ilə bağlı bütün detalları razılaşdırıblar. 

Qeyd edək ki, Rakitiç “Barselona”ya 2014-cü ildə “Sevilya”dan transfer olunub. Geridə qalan müddətdə o, Kataloniya klubunun heyətində meydana çıxdığı 145 oyunda 23 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right