Ramil Şeydayev komandasını xilas edə bilmədi

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Slovakiyanın “Jilina” komandasının heyətində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, gənc hücumçu ölkə kubokunun ¼ final mərhələsində “Skaliça”ya qarşı keçirilən matçda forma şansı qazanıb. Millimizin üzvü qarşılaşmanın ikinci hissəsinin əvvəlində meydana daxil olub və sona qədər mübarizə aparıb.

Matç “Skaliça”nın qələbəsi ilə (3:2) başa çatıb. Bu nəticə ilə yığma üzvünün komandası kubokda mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right