Bu gün Slovakiya kubokunda 1/4 final mərhələsinin oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin komandası olan "Jilina" səfərdə "Skaliça"nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 17:30-dastart götürəcək.
Klubun rəsmi saytında açıqlanan heyətə əsasən, millimizin üzvü Ramil Şeydayev görüşün ilk "18-liy"ində yer alıb. Baş məşqçinin şans verəcəyi təqdirdə futbolçu meydana daxil ola biləcək.