"Atletiko"nun futbolçusu Antuan Qrizmann növbəti mövsüm də Madrid klubunda qalacaq.
Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi fransalı hücumçunu "Atletiko"da qalmağa razı salıb. Bundan başqa, onun Madrid təmsilçisində xoşbəxt olduğu bildirilib.
Qeyd edək ki, A.Qrizmann bu mövsüm 37 oyunda 20 qol vurub, 10 qolun ötürməsini verib.
Xatırladaq ki, A.Qrizmannın "Mançester Yunayted"ə keçəcəyi iddia edilirdi.