Arsen Venger “Bavariya”nın təklifini niyə qəbul etməyib?

“Bavariya” klubunun baş direktoru Karl-Hayns Rummenigge “Arsenal”ın baş məşqçisi Arsen Vengerlə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 61 yaşlı klub rəsmisi təcrübəli mütəxəssisin “Bavariya”da çalışmaq təklifini  qəbul etmədiyini bildirib:

“1990-cı illərdə Arsenal”dan  öncə, “Bavariya”ya keçməsi ilə bağlı Arsen Venqerə bir dəfə təklif irəli sürülmüşdü. Lakin o, başqa qərar verdi və Yaponiyadan gələn təklifi qəbul etdi. O, daha çox, daha fərqli təcrübə qazanmaq istəyirdi. Bu səbəbdən Vengerlə razılıq əldə edilməmişdi”. 

Onu da qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”a rəhbərlik edir və mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right