Ronaldo “Napoli”yə qarşı oynayacaq?

Madridin “Real” klubunun üzvü Kristiano Ronaldonun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Napoli” ilə keçiriləcək matçda iştirak edib-etməyəcəyi müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, portuqaliyalı futbolçu zədəsini tam bərpa edib. La Liqada “Eybar”a qarşı matçda iştirak edə bilməyən futbolçu “Napoli” ilə matçda meydanda olacaq.  İspaniya mətbuatının yaydığı xəbərə görə, Ronaldo “Eybar”la matçda da oynamaq üçün hazır olub, amma məşqçilər korpusu futbolçunun dincəlməsinə şərait yaradıb.

 

Qeyd edək ki, “Napoli” – “Real” matçı sabah keçiriləcək. Komandalar arasındakı ilk görüşdə Madrid klubu 3:1 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right