Milli komandamızın üzvü Ramil Şeydayev Slovakiyanın “Jilina” klubunda növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, gənc hücumçu superliqanın 20-ci turunda hazırda “Podbrezova” ilə keçirilən səfər oyununda start heyətdə yer alıb və 90 dəqiqə meydanda olub.
Bundan əvvəlki turda Şeydayevin ikinci hissədə meydana daxil olmuşdu.
Qeyd edək ki, bugünkü qarşılaşma 2:2 hesabı ilə başa çatsa da, hücumçumuz qol vura biməyib.
20 turdan sonra "Jilina" 48 xalla, ən yaxın izləyicini böyük fərqlə - 10 xal geridə qoymaqla turnir cədvəlinə başçılıq edir.