Ançelotti: "Onun nəyə qadir olduğunu deməyə ehtiyac yoxdu"

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti Bundesliqada “Köln”ə qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, italyan çalışdırıcı komandanın əsas heyət üzvü adlandırdığı Frank Riberi haqqında da danışıb:

 

“Hazırda çox yaxşı formadayıq. Demək olar ki, zədəli futbolçularımız yoxdu. Əgər biz “Arsenal”, “Hamburq” və “Şalke”yə qarşı oynadığımız performansı davam etdirsək, növbəti 3 ay çox yaxşı olacaq. Çempionlar Liqası çox vacib yarışdır. Bu kimi yarışlar  əlavə enerji və motivasiya verir. Əsas oyunçuların hamısı yerindədir.  Frank Riberinin nəyə qadir olduğunu deməyə ehtiyac yoxdu. Əgər o meydandadırsa, demək ki, hər şey inanılmaz olacaq”.

 

Qeyd edək ki, “Bavariya” Bundesliqada 22 turdan sonra 53 xal toplayıb və vahid liderdi. Münhen klubu ÇL-nin 1/8 finalında “Arsenal”ı 5:1 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right