Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayevlə Emin Mahmudov ardıcıl 3-cü tur Portuqaliyanın "Boavişta" klubunun matçında iştirak etməyəcəklər.
Newsport.az-ın məlumatına görə, millimizin üzvləri bu dəfə "Moreyrense" ilə səfər matçını buraxacaqlar.
XIV turun açılış matçı bu gecə Bakı vaxtilə saat 00:30-da başlayacaq. Ağayevlə Mahmudovun zədə problemləri qalmaqdadır.
Xatırladaq ki, "Boavişta" 23 oyundan 29 xalla 9-cu, "Moreyrense" 19 xalla 16-cı pillədə qəralşaıb.