Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında 24-cü turun oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, "Boavişta" səfərdə "Moreyrense"nin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 00:30 başlanacaq.
Portuqaliya mətbuatının məlumatına görə, Emin Mahmudov zədəli olduğundan oyunu buraxacaq. Kamran Ağayevin isə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyəcəyi gözlənilir.
Qeyd edək ki, 23 turdan sonra “Moreyrsense” 19 xalla 16-cı, “Boavişta” isə 29 xalla 9-cu yeri tutur.
