Millimizlə oyunda yeni futbolçu?

"Leyptsiq"in futbolçusu Timo Verner Almaniyanın əsas milli  komandasına dəvət ala bilər. 

 

Newsport.az xəbər verir ki, yerli mətbuata açıqlama verən yığmanın baş məşqçisi Yoahim Löv futbolçunun oyununu izlədiyini deyib: “Onun dünya səviyyəli hücumçu olması üçün yüksək potensialı var”.

 

Bu mövsüm Bundesliqada 21 oyuna 13 qol vuran Timo Verner millinin baş məşqçisinin fikirlərindən danışıb: “Hər bir futbolçu əsas milliyə çağırılmaq istəyir. O cümlədən, mən də dəvət alacağıma ümid edirəm. Bunun üçün üzərimdə möhkəm çalışmalıyam”.

 

Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu Bakıda millimizə qarşı keçirəcək. Yerli mətbuatın yaydığı xəbərə görə, Verner həmin oyun üçün milliyə cəlb olunacaq.

 

Azərbaycan - Almaniya oyunu martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right