"Oyunçular Enrikenin qərarından çox məyusdurlar"

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu iyulun 1-nə qədər Luis Enrikenin yerini tutacaq yeni mütəxəssisin adını açıqlayacaq.


Newsport.az xəbər verir ki, bu barədə açıqlama verən klub prezidenti futbolçuların Luis Enrikenin qərarından məyus olduqlarını bildirib:


"Oyunçular baş məşqçinin bu qərarından çox məyusdurlar. Başqa bir tərəfdən isə motivasiyaları yüksəkdir. İyulun 1-nə qədər əllərindən gələni edəcəklər. Enrikeni sona qədər dəstəkləmək lazımdır".

 

Xatırladaq ki, dünən Enrike mövsümün sonunda klubu tərk edəcəyini rəsmi şəkildə bəyan etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right