Qvardiola: "Şeyx Mənsur uzun müddət burda qalmağımı istəyir"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcək karyerasından söz açıb.

 

Newsport.az xəbər verir ki, təcrübəli çalışdırıcı "şəhərlilər"in sahibi olan Şeyx Mənsurun ona etimad göstərdiyini bildirib:

 

“Şeyx Mənsur mənim "Mançester Siti"də uzun müddət qalmağımı istəyir. Amma nəticə olmasa, bu, mümkün deyil, hər şey komandanın göstərdiyi nəticədən asılı olacaq. Rəhbərlik uğur qazanmaq üçün mənə hər cür dəstək verməyə hazırdı”.

 

Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right