Ronaldinyo: “Messiyə daha çox öyrətməliyəm”

Braziliyalı məşhur futbolçu Ronaldinyo açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı ulduz 2015-ci ildən sonra heç bir klubda oynamamasına və  məşqçi kimi fəaliyyət göstərməməsinə bu cür aydınlıq gətirib:

“Narahat olmayın, hər şey qaydasındadır. Oynadığım klublara və mənə verdiyi hər bir şeyə görə Tanrıya minnətdaram. Hər şeyə addım-addım getməliyəm”.

Ronaldinyo “Barselona”nın heyətində bərabər mübarizə apardığı komanda yoldaşı Messi haqqında da isə bunları deyib:

“Mən Messiyə bir az daha çox öyrətməliyəm”.

Qeyd edək ki, Ronaldinyonun  oynadığı sonuncu klub “Fluminense” olub. Braziliyalı hazırda 2003/08-ci illərdə çıxış etdiyi “Barselona”nın səfiri vəzifəsində çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right