"Barselona" rəsmisi: "Biz hakimlərə hədiyyə vermirik"

“Vilyarreal”ın prezidenti Fernando Roiqanın fikirləri İspaniyada geniş müzakirələrə səbəb olub.

Newsport.az -ın məlumatına görə, klubu rəhbəri La Liqanın son turunda "Real"la keçirilən ev oyunundan sonra hakimləri kəskin tənqid etmiş və oyunu idarə edən referilərin arenanı “Real”a məxsus çantalarla tərk etdiklərini bildirmişdi. 

“Barselona” tərəfi də məsələyə biganə qalmayıb. Klubun mətbuat xidmətinin rəhbəri Xosep Vives belə açıqlama verib: “Biz səfər oyunlarında hakimlərə hədiyyələr vermirik”.

İspaniya mətbuatı yazır ki, “Real”, “Barselona”, “Atletik”, “Real Sosyedad” və “Vilyareal” adətən ev oyunlarında hakimlərə kluba aid simvolik hədiyyələr (nişan, bayraq, qələm) verir. “Real”ın bu addımı səfər oyununda atması maraqla qarşılanıb”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right