Almaniya millisinin və Dortmund “Borussiya”nın üzvü Mario Götse bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Newsport.az-ın məlumatına görə, müxtəlif zədələrə görə fevralın əvvəlindən şans qazanmayan Götsedə maddələr mübadiləsinin pozulduğu aşkarlanıb.
“Sarı-qaralar”ın idman direktoru Mixael Zork 24 yaşlı futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.
Qeyd edək ki, Götse “Bavariya”dan doğma klubu “Borussiya”ya qayıtdıqdan sonra cəmi 11 oyunda şans qazanıb.
Xatırladaq ki, Azərbaycan - Almaniya oyunu martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.