Zidan: "O, böyük potensiala malik bir futbolçudur"

“Real” Madridin çalışdırıcısı Zinəddin Zidan İspaniya millisinin və PSJ-dən “Las Palmas”a icarəyə göndərilən “kral klubu”nun sabiq hücumçusu Xese Rodriqeslə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, fransız mütəxəssiz futbolçunun yeni kluba keçməsinə münasibət bildirib:

“O, böyük potensiala malik bir futbolçudur. Bir insan və oyunçu kimi onu çox sevirəm. Ümid edirəm ki, “Las Palmas”a getmək qərarı ona böyük uğurlar qazandıracaq. Xese özünü ən yaxşı tərəfdən sübut etməyi bacaran möhtəşəm bir oyunçudur”. 

Son zamanlar İspaniyada hakim səhvlərin müzakirə edilir. Zidan bu haqda açıqlmasında belə danışıb:

“Hakim qərarları ilə bağlı danışmayacağımı söyləmişəm. Oyunçularımla qürur duyuram. Çünki referilərə və öz bacarıqlarına hörmətlə yanaşırlar”.

Qeyd edək ki, Xese Rodriqes 2011/16-ci illərdə “Real”da da çıxış edib. 24 yaşlı forvardın PSJ-yə transferi 25 milyon avroya başa gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right