Poqbanın agenti: "Ferqyussonla heç bir problemim yoxdur"

“Mançester Yunayted”in ulduz futbolçusu Pol Poqbanın agenti Mino Rayola "qırmızı şeytanlar"ın sabiq çalışdırıcısı Aleks Ferqyussonla arasında münaqişənin olması ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Newsport.az -ın məlumatına görə, italyan agent 75 yaşlı mütəxəssislə heç bir probleminin olmadığı açıqlayıb.

“Aleks Ferqyusonun Pol Poqba ilə bağlı müxtəlif fikirləri var. Poqba özünü sübut etməyi bacarıb. Başqa ölkələrdə oynamaq və fərqli klublar ona çox təcrübə qazandıracaq. Bu, Antonio Kontenin yanında olmaqdan daha yaxşıdır. Ferqyussonla heç bir problemim yoxdur. Ola bilər ki, o mənim kimi düşünmür. Ancaq siz onun haqqında məndən heç bir pis söz eşidə bilməyəcəksiniz. Çünki mənim üçün o, dahi şəxsiyyətdir. Onun səviyyəsində olmaq istəyərəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right