Budaq Nəsirov "Sportinq"də niyə oynamır?

Portuqaliya ikinci liqasında 29-cu turun oyunları keçirilib.

 

Newsport.az xəbər verir ki, millimizin futbolçusu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq B" doğma meydanda "Aves"lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Budaq Nəsirov zədə səbəbindən oyunu buraxmalı olub. Gənc yarımmüdafiəçi fevral ayında yaşıl meydanlara çıxmayıb. Budaq aart ayında oynamağa hazır olacaq.

 

Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 31 xalla 22 komanda arasında 20-ci pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right