Futbol üzrə Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası - "Dnepr" də növbəti matçına çıxıb.Sözügedən klub qış fasiləsindən sonrakı ilk oyununu səfərdə "Zirka"ya qarşı keçirib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
Hesabından 12 xal silinmiş "Dnepr" hazırda 7 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.