Emin Nurinin komandası yenə heç-heçəyə razılaşdı

Futbol üzrə İsveç kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Emin Nurinin komandası "Kalmar" da bu mərhələdə ikinci oyununa çıxıb.Sözügedən klub səfərdə "Landskrona" ilə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2. 

Emin bu görüşdə də ilk dəqiqələrdən meydanda olub. Lakin 83-cü dəqiqədə əvəzlənib.

Xatırladaq ki, "Kalmar" ilk turda doğma meydanda "Trelleborq"la heç-heçəyə razılaşmışdı - 1:1. Bu üzdən də 2 xalı olan Eminin komandası qrupda üçüncü pillədə qərarlaşıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right