Eddi İsrafilov oynadı, "Kadis" darmadağınla qalib gəldi

Futbol üzrə İspaniya ikinci liqasında 27-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Numansiya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:0.

İsrafilov bu görüşün 71-ci dəqiqəsində, hesab 1:0 olarkən meydana buraxılıb.

"Kadis" 27 turdan sonra 44 xalla 22 klub arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right