Millimizin futbolçusundan əvvəl cəza, sonra qol

Millimizin və “Ertsqebirge Aue” komandasının futbolçusu Dmitri Nazarov bu gün Almaniya ikinci bundesliqasında qol vurub.

Newsport.az-ın məlumatına görə, o, 22-ci turda Drezden “Dinamo”su ilə görüşdə fərqlənib. “Ertsqebirge Aue” bu matçda 1:4 hesabı ilə uduzub. Bütün 90 dəqiqəni meydanda olan Nazarov 60-cı dəqiqədə penaltidən komandasının yeganə qoluna imza atıb.

Qeyd edək ki, “Ertsqebirge Aue” 18 turdan sonra turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right