Ramil Şeydayevin debüt şansı

Qış transfer pəncərəsində "Trabzonspor"dan Slovakiya"nın "Jilina" komandasına icarəyə verilən Ramil Şeydayev yeni klubunda debüt edə bilər.
 
Newsport.az-ın məlumatına görə, çempionatın 19-cu turu çərçivəsində "Jilina" "Zlate-Moravçe"ni qəbul edəcək. Komandanın baş məşqçisi Adrian Qula millimizin hücumçusuna şans verməyi planlaşdırır.
 
Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə 20:30-da start götürəcək.
 
Əlavə edək ki, "Jilina" 44 xalla Fortuna Liqasında turnir cədvəlinə başçılıq edir. "Zlate-Moravçe" isə 16 xalla 11 klub arasında 10-cudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right