Kamran və Eminin komandası derbiyə çıxır

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında 23-cü turun oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, onlar öz meydanında “Portu”nu qəbul edəcəklər. Görüş Bakı vaxtı ilə saat 00.15-də başlanacaq.

Qeyd edək ki, E.Mahmudov zədəli olduğundan Portu derbisini buraxacaq. Kamran Ağayevin oynayıb-oynamayacağı isə hələlik bilinmir.

22 turdan sonra “Portu” 53 xalla 2-ci, “Boavişta” isə 29 xalla 8-ci yeri tutur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right