Pavel Paşayev 90 dəqiqə oynadı

Ukrayna Premyer Liqasında 19-cu turun oyunları davam edir.

 

Newsport.az-ın məlumatına görə, milli komandamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Stal" növbəti matçına çıxıb. Səfərdə Donetsk "Olimpik"i ilə qarşılaşan Kamiensk təmsilçisi qolsuz bərabərə qalıb.
 

P.Paşayev start heyətdə meydana daxil olub və əvəzlənməyib.
 
Qeyd edək ki, "Stal" 19 oyundan sonra 15 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right