"Bavariya"nın futbolçusu Xabi Alonso Almaniya bundesliqasının 22-ci turunda "Hamburq"a qarşı oynamayacaq.
Newsport.az-ın məlumatına görə, buna səbəb onun ayaq əzələsindən zədələnməsidir.
Qeyd edək ki, "Bavariya" - "Hamburq" görüşü bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.