"İskonu "Barselona"da görmək istəyərəm"

“Barselona”nın müdafiəçisi Xordi Alba gələn il “Real” Madriddən ayrılacağı gözlənilən İsko ilə bağlı açıqlama verib.

 

Newsport.az xəbər verir ki, o, 24 yaşlı yarımmüdafiəçini öz komandasında görmək istədiyini söyləyib:

 

“Yaxşı oyunçular üçün bizdə hər zaman yer var. İskonu yaxşı tanıyıram və onun nəyə qadir olduğunu da bilirəm. Onun əla potensialı var. Hər şey baş verə bilər. İskonu “Barselona”da görmək istəyərəm”.

 

Qeyd edək ki, İskonun “Real Madrid”lə müqaviləsi 2018-ci ildə sona çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right