"Qarabağ"ın legionerləri üz-üzə

Martın 28-də Albaniya və Bosniya və Herseqovina milli komandaları arasında yoldaşlıq matçı keçiriləcək.

Newsport.az-ın məlumatına görə, matç Albaniyada yerləşən 12 min 800 nəfər azarkeş tutumuna malik "Elbasan Arena"da keçiriləcək.

Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya, qolkiperi İbrahim Şehiç isə Bosniya və Herseqovina millisinin üzvüdür. Sözügedən qarşılaşmadan 2 gün sonra "Qarabağ" ölkə kubokunun yarımfinalında "Neftçi"nin qonağı olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right