"Barselona" Aleyş Vidalın zədələnməsindən sonra sağ cinah müdafiəçisi axtarışlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi axtardığı futbolçunu İngiltərə Premyer Liqasında tapıb. "Mundo Deportivo"nun xəbərinə görə, La Liqa nəhəngi "Arsenal"ın ispan müdafiəçii Hektor Bellerinə "elçi düşüb".
"Barselona" 2011-ci ildə maraqlandığı, lakin transfer edə bilmədiyi futbolçunun keçidini qısa müddət ərzində həll etmək istəyir.
Qeyd edək ki, Bellerin bu mövsüm "Arsenal"ın heyətində Premyer Liqada 20 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.