Ramil Şeydayev debüt edəcək

Qış transfer pəncərəsində "Trabzonspor"dan Slovakiya"nın "Jilina" komandasına icarəyə verilən Ramil Şeydayev yeni klubunda debüt edə bilər.

 

Newsport.az xəbər verir ki, çempionatın 19-cu turu çərçivəsində "Jilina" "Zlate-Moravçe"ni qəbul edəcək. Komandanın baş məşqçisi Adrian Qula millimizin hücumçusuna şans verməyi planlaşdırır.

 

Qeyd edək ki, sözügedən qarşılaşma fevralın 26-sı Bakı vaxtı ilə 20:30-da start götürəcək.

 

Əlavə edək ki, "Jilina" 44 xalla Fortuna Liqasında turnir cədvəlinə başçılıq edir. "Zlate-Moravçe" isə 16 xalla 11 klub arasında 10-cudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right