"Bavariya"dan həvəskar kluba dəstək

"Bavariya" bazası yanğın zamanı yararsız hala düşən "Teotuniya" klubuna yardım edəcək.

Newsport.az-ın məlumatına görə, 2016-cı ildə baş vermiş yanğında klubun binasına 250 min avro ziyan dəyib. Bunun nəticəsində klubun müxtəlif idman növləri üzrə 30-a yaxın komandası "evsiz" qalıb.

Həvəskar komandaların başlatdığı  “Teutonia”ya yardım kompaniyasına “Bavariya”nın da qoşulmaq istədiyi bildirilib. Belə ki, 4-cü liqada mübarizə aparan "Bavariya" ilə "Münhen 1860"in ikinci komandaları arasında martın 12-də keçiriləcək oyununun biletləri 1 avro baha satılacaq və əldə edilən gəlir həvəskar kluba veriləcək.

Bundan əlavə, Münhen klubunun “Teutonia”ya əlavə maddi yardım edəcəyi də gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right