Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Ayaz Quliyev karyerasını "Anji"də davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi Mahaçkala klubunda icarə əsasında çıxış edəcək. İcarə müddəti mövsümün sonunadək nəzərdə tutulub. Bu barədə məlumat "Anji"nin rəsmi saytından verilib.
Qeyd edək ki, 2014-cü ildən “Spartak”da oynayan həmyerlimiz bu müddət ərzində 17 matçda meydana çıxıb.