"Barselona" Enrike ilə bağlı qərarını verdi

"Barselona"da baş məşqçi məsələsinə aydınlıq gəlib.

 

Newsport.az xəbər verir ki, Katoloniya təmsilçisi Luis Enrike ilə yollarını ayırmağı düşünmür. Bu barədə məlumatı klubun prezidenti Xosep Mariya Bartomeu verib. Klub rəsmisi Enrike ilə yeni müqavilə imzalamaq niyyətində olduqlarını deyib:

 

"Bizim apreldə Luis Enrike ilə danışıqlara başlamaq niyyətimiz var. Hədəfimiz onunla uzunmüddətli müqavilə imzalamaqdı. Başqa planımız yoxdur".

 

Qeyd edək ki, 46 yaşlı çalışdırıcı 2014-cü ildən "Barselona"nı çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right