FİFA prezidenti Yozef Blatter 2014-cü il Dünya Çempionatından sonra Messiyə qızıl topun verilməsinin yanlışlıq olduğunu söyləyib.
Newsport.az xəbər verir ki, Blatter Dünya Çempionatından sonra Messiyə qızıl top mukafatının verilməsini eşidəndə çox təcüblənib. O bu qərarın idarə heyyətinin səhv qərarı olduğunu söyləyib və bunları deyib: "Qızıl top mükafatı Messiyə verilməməliydi. Məncə təşkilat yanlış qərar verdi. Mənə görə turnirin ən yaxşısı Almanya millisinin qapıçısı Manuel Noyer nolmalıydı. gümüş topu Tomas Müllerə , bürünc topu isə Alyen Robenə verərdim".